axin.az

SON DƏQİQƏ

İngiltərənin ən zəngin insanlarının adları açıqlandı

17-05-2020, 14:31

İngiltərənin ən zəngin insanlarının adları açıqlandıBöyük Britaniyanın “The Sunday Times” nəşri ölkədə yaşayan ən varlı biznesmenlərin adlarını açıqlayıb.

“Axin.az” xəbər verir ki, siyahıya “Dyson” tozsoranların yaradıcısı, britaniyalı milyarder Ceyms Dayson başçılıq edir. Onun sərvəti 16,2 milyard funt sterlinqdir. Milyarderin pulu bir ildə 3,6 milyard funt sterlinq artıb.

İkinci yeri hindistanlı sahibkarlar Şri və Qopi Hinduya və iş adamları Devid və Simon Ruben 16 milyard funt sterlinq (19,37 milyard ABŞ dolları) sərvəti ilə bölüşürlər. Əslən hindistanlı olan sahibkarlar daşınmaz əmlak əməliyyatları, bank və restoran biznesi və istehlak malları ticarəti ilə məşğuldurlar.

1978-ci ildə SSRİ-dən mühacirət etmiş Warner Music şirkətinin rəhbəri Len Blavatnik (15,8 milyard funt sterlinq) dördüncü yerdə, kimya şirkətləri qurucusu Ser Cim Ratkliff (12,2 milyard funt sterlinq) beşinci yerdə qərarlaşıb.

Böyük Britaniyanın 10 ən varlı adamı arasında rusiyalı da var.“Metalloinvest”in sahibi,Londonun “Arsenal” futbol klubunun sahiblərindən biri Alişer Usmanov siyahıda yeddinci yerdədir. Onun şəxsi var-dövləti 11,68 milyard funt sterlinq məbləğində qiymətləndirilir.

Sonuncu yeri isə İngiltərədə və bütövlükdə Avropada daşınmaz əmlaka və torpaq sahələrinə malik Vestminster hersoqu tutur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA