axin.az

SON DƏQİQƏ

Gülüşün sağlamlığa müsbət təsiri

14-05-2020, 09:54

Gülüşün sağlamlığa müsbət təsiriGülüşün insan orqanizminə faydası çoxdan məlum olsa da, alimlər onun yeni müsbət təsirlərini üzə çıxarıblar.

AZƏRTAC xəbər verir ki, həkimlərin fikrincə, əla antidepressant olan gülüş zamanı yaranan endorfin hormonu stresin orqanizmə təsirinin qarşısını alır, ağrıları yüngülləşdirir.

Gülüş həm də əqli və fiziki əməyin, məşqlərin səmərəsinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş sosial həyata da müsbət təsir edir. Belə ki, ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar.

Amerikalı alimlərin qənaətinə əsasən, gülüş yaddaşı möhkəmləndirir. Hətta kəskin respirator virus infeksiyası, qrip və digər xəstəliklərin profilaktikasında da onun faydalı vasitə olduğunu söyləyirlər. Bunun səbəbi gülüşün təsiri ilə əmələ gələn anticisimlərin müxtəlif bakteriya və viruslara “hücum” edərək onların çoxalmasına, orqanizmin xəstələnməsinə imkan verməməsi ilə əlaqədardır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA