axin.az

SON DƏQİQƏ

Yayda ağaclara necə qulluq olunmalıdır? - TÖVSİYƏLƏR

12-05-2020, 12:26

Yayda ağaclara necə qulluq olunmalıdır? - TÖVSİYƏLƏR“Əkilən ağacların bitiş faizinin yüksək olması yay aylarında onlara göstərilən aqrotexniki qulluqdan asılıdır”.

Axin.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov məlumat verib.

O bildirib ki, yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır:

“Suvarma ağacların normal böyüməsini və yüksək məhsuldarlığını təmin edən əsas amillərdəndir. Torpaq tipindən asılı olmayaraq, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır.

Ağır gilli torpaqlarda suyun dərin qatlara hopması çətin, yüngül quruluşlu torpaqlarda isə asandır. Buna görə də səmərəli suvarma aparılması üçün torpağın tərkibi haqqında məlumatlı olmaq ilk şərtdir.

Yadda saxlamaq lazımdır ki, dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir”.

R.İbrahimovun sözlərinə görə, ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, əgər ağacın kök boğazı boşalarsa, dibi mütləq bərkidilməlidir:

“Çünki ora hava daxil ola və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA