Futbol üzrə Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.
"Axin.az"ın yerli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, çempionat mayın 28-də qaldığı yerdən davam edəcək.
Liqa XXI turdan təxirə salınmış "Orxus" - "Ranners" oyunu ilə start götürəcək. XXV turun qarşılaşmaları 29 may - 2 iyun tarixlərində keçiriləcək.
Superliqaya iyulun 26-da yekun vurulacaq. 3 gün sonra isə UEFA Avropa Liqasına vəsiqə uğrunda görüş baş tutacaq.
Qeyd edək ki, Danimarka Super Liqasına 24 turdan sonra 62 xalla "Midtyulland" başçılıq edir.