axin.az

SON DƏQİQƏ

Yupiterdən üç dəfə böyük planet aşkar edilib

4-05-2020, 15:04

Yupiterdən üç dəfə böyük planet aşkar edilib“The Astronomical Journal”da yer alan tədqiqat işinə əsasən, astronomlar kütləsi Yupiterdən 3 dəfə böyük olan Kepler-88 d planetini aşkar ediblər.

"Axin.az" AMEA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, “Kosmik pəhləvan” Kepler-88 sistemində, Yer kürəsindən 1243 işıq ili məsafədə yerləşir.

Planet öz ulduzu ətrafında hər dörd ildən bir dövr edir. Onun orbiti yumru deyil, elliptikdir. Bu Kepler-88 sistemində aşkar edilmiş dördüncü planetdir. Alimlər əmindirlər ki, kəşf bu planetlərin qarşılıqlı təsirini daha yaxşı öyrənməyə imkan verəcək.

Qeyd edək ki, astronomların yeni planeti aşkar etməsinə altı il vaxt sərf olunub. Belə ki, onlar bu illər ərzində məlumatları KEK 1 teleskopundan yüksək ayırdetmə dəqiqlikli HIRES spektrometri vasitəsilə tədqiq ediblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA