axin.az

SON DƏQİQƏ

Alimlərdən XƏBƏRDARLIQ: 2020-ci il ən isti il ola bilər

2-05-2020, 19:00

Alimlərdən XƏBƏRDARLIQ: 2020-ci il ən isti il ola bilər2020-ci ilin tarixdə ən isti il olacağı açıqlanıb.

Dünya Meteorologiya Təşkilatı ötən ili “son 10 ilin ən isti ili” elan etmişdi.

2020-ci ildə isə planetimizdə havanın temperaturu rekord həddə yüksələcək.

Teleqraf.com İngiltərənin “The Guardian” qəzetinə istinadla bildirir ki, alimlərin fikrinə görə 2020-ci il bu günədək ölçülən ən isti il ola bilər.

NASA-nın Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmitin araşdırmasında deyilir ki, Yer kürəsinin belə bir durumla üzləşmək ehtimalı 60 faizdir. Milli Okean və Atmosfer Mərkəzindən (NOAA) verilən açıqlamada isə bu nisbətin 75 faiz olduğu bildirilir. Ayrı-ayrı elm adamlarının gözləntisi 99 faizdir.
Başqa sözlə, 2020-ci ilin indiyədək müşahidə olunmuş 5 isti ildən biri olacağı dəqiqləşmək üzrədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA