axin.az

SON DƏQİQƏ

KİV: “Tofiq Bəhramovun qərarı futbol tarixinin “ən böyük tapmacasıdır”

1-05-2020, 11:14

KİV: “Tofiq Bəhramovun qərarı futbol tarixinin “ən böyük tapmacasıdır”Yunanıstanın Gazzetta.gr saytında məşhur azərbaycanlı hakim, futbol üzrə 1966-cı ilin dünya çempionatının İngiltərə və Almaniya (4:2) yığmaları arasında keçirilmiş final oyununda yan xətt hakimi kimi iştirak etmiş Tofiq Bəhramov barədə yazı dərc olunub.

Məqalədə qeyd edilir ki, “Uembli” stadionunda baş tutmuş oyunda T.Bəhramovun VAR sistemi olmadan çıxardığı qərar futbol tarixinin “ən böyük tapmacası” hesab oluna bilər.
Müəllif vurğulayır ki, məhz bu qərara görə 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunun finalı tarixin 50 ən maraqlı qarşılaşması sırasına daxil edilməlidir.

Məqalədə həmyerlimizin oyundan bir il sonra verdiyi açıqlama da dərc olunub. Tofiq Bəhramov səhv qərar çıxarmadığına əmin olduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA