axin.az

SON DƏQİQƏ

Geyim dükanlarında koronavirus təhlükəsi - Bunlara diqqət edin! - VİDEO

29-04-2020, 19:58

Geyim dükanlarında koronavirus təhlükəsi - Bunlara diqqət edin! - VİDEOXüsusi karantin rejimi dövründə fəaliyyəti bərpa olunan sahələrdən biri də geyim mağazalarının, ayaqqabı, dəri məmulatlarının satıldığı yerlər oldu.

İndi bir məsələ var ki, xüsusilə diqqət tələb edir. Hansı hallarda geyim və digər əşyalar satılan mağazalarda virusa yoluxma ehtimalı arta bilər və bunun üçün hansı qabaqlayıcı tədbirlər görməliyik?

Geyim, saat, mobil cihazlar, bir sözlə, alarkən belə ən çox əl toxunulan vasitələr. Bunları xüsusilə qeyd etməyimiz heç də təsadüfi deyil. Çünki geyim mağazalarında satılan paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən uyğunluğunu yoxlamaq məqsədilə geyinilməsi adi haldır.

Bəs necə davranmalıyıq? Satıcılar deyir ki, müştəriyə paltarı geyinib uyğunluğunu yoxlamaq qadağası qoymaq mümkünsüzdür.

Amma bu məsələyə ciddi yanaşıb, ehtiyat tədbirləri görənlər var. Yəni çıxış yolu yox deyil.

Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov deyir ki, koronavirus ən çox yaxın təmas zamanı bir insandan digərinə keçir. Amma geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma riski yarada bilər. Ona görə də mağazalarda qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Nabil Seyidov onu da əlavə etdi ki, hər kəsin gigiyenik qaydalara mütləq qaydada əməl etməsi şübhəli olduğu üçün bu məsələdə mağaza sahibləri diqqətli olmalıdır.

Yəni mağazanın girişində dezinfeksiyaedici məhlullar qoyulmalı, personalın tibbi maska, əlcəkdən istifadə etməsi təmin edilməlidir. Bundan başqa geyim dükanlarında hər ölçüyə uyğun konkret paltar nümunələrindən istifadə olunsa daha yaxşı olar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA