axin.az

SON DƏQİQƏ

Bu uşaqlara televizora baxmaq və telefon VERMƏK OLMAZ!

29-04-2020, 10:03

Bu uşaqlara televizora baxmaq və telefon VERMƏK OLMAZ!
Türkiyəli uşaq və yeniyetmə psixiatrı Hozan Saatçıoğlu uşaqların elektron cihazlardan istifadəsi ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Axin.az-ın məlumatına görə, psixiatr açıqlamasında qeyd edib ki, uşaqlar 1,5 yaşından sonra ünsiyyət qura bilmir, göz təmasından qaçır və adını çəkəndə reaksiya vermirsə, autizm ehtimalı yarana bilər. Buna görə də 2 yaşdan aşağı uşaqları kompüter və televizordan uzaq tutmaq lazımdır.

Psixiatr bildirib ki, autizm beynin inkişafı ilə bağlı pozuntular nəticəsində yaransa da, dəqiq səbəbi bilinmir:

"Autizmli uşaqlarda eyni hərəkətin tez-tez təkrarlanması və maraqlarını çəkən məsələlərin az olması diqqət çəkən amillərdəndir. Autizmə meylli uşaqlar televizor, mobil telefon, planşet kimi elektron cihazlara daha çox maraq göstərirlər. Uşağınızda autizm xəstəliyinin yaranmamasını istəyirsinizsə, hər dəfə ağlayanda susdurmaq üçün onun əlinə mobil telefon verməyin".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA