axin.az

SON DƏQİQƏ

Dərinin cavanlığını saxlayan məhsulları

14-02-2020, 15:27

Dərinin cavanlığını saxlayan məhsullarıHindistanlı alimlər dərinin cavanlığını saxlamağa və elastikliyi təmin edən əsas zülalın - kollagenin istehsalına kömək edən məhsulları açıqlayıblar.

Axin.az bildirir ki, bu barədə “Times Now” yazır.

Bildirilir ki, ilk növbədə rasiona qaynadılmış toyuq əti əlavə etmək lazımdır. Quş ətində çoxlu birləşdirici toxuma var ki, bu da onun tərkibində kollagenin böyük miqdarda olduğunu göstərir.

Toyuğun müntəzəm istehlakı dərinin vəziyyətinin yaxşılaşdırılmasına, gənc və parlaq olmasına kömək edə bilər.

Tərkibində C vitamininin yüksək miqdarda olmağı sayəsində portağal və limon kimi sitrus meyvələri özünəqulluqda geniş istifadə olunur. Onların digər üstünlükləri də var: immunitetin artırılması, toksikliyin azaldılması və s.

Bundan əlavə, dəri üçün sarımsaq da faydalıdır. Bu qida ədviyyatının təbii zülal mənbəyi ola bilməyəcəyinə baxmayaraq ki, sarımsaq kollagenin sintezini stimullaşdırmağa və onun parçalanmasının qarşısını almağa kömək edə bilər. Sarımsaq, həmçinin antibakterial və antiiltihab xüsusiyyətlərinə də malikdir.

Paxlalılardan da mütəmadi olaraq istifadə etmək məsləhət görülür. Belə ki, bu fəsilədən olan bitkilər sağlam qidadır və vegetarianlar üçün zülal mənbəyidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA