axin.az

SON DƏQİQƏ

Dünyanın ən varlı insanlarının sayı artdı

13-02-2020, 09:14

Dünyanın ən varlı insanlarının sayı artdıÖtən il dünyanın ən zəngin insanlarının (“very high net worth”, VHNW) sayı artıb və təxminən 2,7 milyon nəfərə çatıb.

“Axin.az” xəbər verir ki, bu barədə “Wealth-X” analitik şirkətlər qrupunun saytında bildirilir.

"Ən zəngin insanların sərvəti 5-30 milyon dollara qədər qiymətləndirilir, onların sayı 2019-cu ildə sürətlə - 10%-dən çox artdı", - tədqiqatda qeyd edilir.

Bildirilir ki, onların sərvətlərinin ümumi həcmi 10% artıb və 26,6 trilyon dollara çatıb. Bundan başqa, şirkət vurğulayıb ki, 2018-ci ildə göstəricinin artması yalnız 1% qeydə alınıb.

Şimali Amerika ən zəngin insanların sayının artımı üzrə lider olub. Tədqiqata əsasən, onların sərvətlərinin ümumi həcmi təxminən 15% artıb.

Aktiv artım həmçinin Asiyada və Afrikada qeyd edilib. Avropada və Sakit okean regionunda artım bir qədər az müşahidə olunub.

Qeyd edək ki, “Wealth-X” şirkəti ən zəngin insanlar arasında müxtəlif tədqiqatlarla məşğuldur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA