axin.az

SON DƏQİQƏ

Cavid Qurbanov Hacı Salayevi necə geri oturtdu? - Şok iddia

27-01-2020, 12:54

Cavid Qurbanov Hacı Salayevi necə geri oturtdu? - Şok iddia44 saylı Sumqayıt-Xızı seçki dairəsində maraqlı proseslər cərəyan edir. Xeber.de-nin məlumatına görə, bu dairədən deputat Hacı Salayev namizədliyini geri götürməsinə səbəb “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov olub.
Belə ki, bu dairədən QSC-nin hüquq şöbəsinin rəisi Əzizağa İbrahimov namizədliyini irəli sürüb. Dünənə qədər onun seçkilərdə şansı olacağı heç kəsin ağlına gəlmirdi. Oliqarx Hacı Salayevin yenidən deputat olacağı gözlənilirdi.

Lakin gözlənilmədən o, namizədliyini geri götürüb və modern.az-a bildirib ki, iki dəfə deputat olmuşam, bəsdir:

“Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Ancaq əldə etdiyimiz bilgilərə görə, H.Salayevi geri çəkən səbəb heç də barəsindəki məqalələr yox, məhz C.Qurbanovun adamı olan Ə.İbrahimova “yaşıl işıq” yandırılmasıdır.

Üstəlik, bu dairədən digər güclü namizəd sayılan Mayıs Səfərli də namizədliyini geri götürüb. Belə aydın olur ki, C.Qurbanov Ə.İbrahimovu deputat seçdirmək üçün ən güclü rəqibləri geri çəkilməyə məcbur edə bilib.

Hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı kimi tanınan biznesmen H.Salayev namizədliyini geri götürürsə, deməli C.Qurbanov bu dairəni də götürmüş olub. Onun daha iki namizədinin deputatlığa yaxın olduğu söylənir – Vəsilə Abdulova və Aqil Məmmədov...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA