Qanlı Yanvar hadisələrindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı.
Axin.az xəbər verir ki, hər il olduğu kimi bu dəfə də yüzlərlə insan Şəhidlər xiyabanına yollanıb, faciə gecəsində dünyasını dəyişənlərin məzarına güllər düzüblər.