Ermənistanda 16 yaşlı qız xüsusi amansızlıqla qətlə yetirilib.
Bu barədə “Axin” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə paytaxt Yerevanda qeydə alınıb. Sayat Nova küçəsində gənc qızın meyiti yaşadığı mənzildə aşkarlanıb.
Faktla bağlı Ermənistanın İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin 26 yaşlı gənc tərəfindən törədildiyi müəyyənləşdirilib. O, şübhəli şəxs kimi saxlanılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.