axin.az

SON DƏQİQƏ

Oqtay Əsədova qarşı daha bir FAKT - FOTO

4-01-2020, 14:52

Oqtay Əsədova qarşı daha bir FAKT - FOTO“Əsədovların ilk ailə şirkəti – STANWAY MANAGEMENT LIMITED 2011-ci il yanvarın 4-də Virginiya adalarında qeydiyyatdan keçib”...

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Onun araşdırmasına görə, Panama sənədlərində şirkətin səhmdarlarının Milli Məclis sədrinin ailə üzvü Nərminə Əsədova və spikerin keçmiş kürəkəni Kamran Balayev olduğu qeyd edilib.

Şirkət 2013-cü il oktyabrın 31-nə qədər fəaliyyət göstərib, Kamran Balayevin Əsədovun qızı ilə boşanmasından sonra qapadılıb.

Şirkətə hüquqi xidmətləri Panamada qeydiyyatdan keçmiş Mossack Fonseca Co şirkəti göstərib. Hansı ki ötən il vergi qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamlarından dolayı fəaliyyətini dayandırıb və bundan əvvəl isə rəhbəri həbs edilib.

Oqtay Əsədova qarşı daha bir FAKT - FOTO

Xatırladaq ki, Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir.

Cavanşir Həsənlinin araşdırmasına görə, 20 sot sahədə aparılan tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin iyununda icazə verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA