Dünən axşam saatlarından başlayaraq rayon ərazisinə qar yağmağa başlayıb.
Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir problem yaratmamışdır.
Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 20-25 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparırlar.Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün müvafiq işlər görülür. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmamışdır.
Rayon İcra Hakimiyyətinin köməkliyi ilə bütün sahələrdə qışa hazırlıq işləri tam başa çatdığından güclü qarın yağması heç bir problem yaratmayıb.
Kəndlərarası yollarda qarın yağmasının nəqliyyatın və əhalinin hərəkətinə çətinlik yaratmaması üçün Rayon İcra Hakimiyyəti olaraq daxili imkanlar hesabına rayonun müvafiq yol xidməti strukturlarını səfərbər edərək qarın yollardan təmizlənmə işləri aparılır və digər qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.Görülən işlərdən son olaraq demək olar ki, Daşkəsən rayonu üçün payız-qış mövsümünün tez gəlməsinin və yaxud geçikməsinin heç bir qorxusu yoxdur.