axin.az

SON DƏQİQƏ

Transgender Şəmkir RİH-in rəsmi səhifəsində reklam verdi - FOTOLAR

1-01-2020, 13:19

Transgender Şəmkir RİH-in rəsmi səhifəsində reklam verdi - FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə karnaval keçirilib.

Axin.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat verilib.

Karnavalda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib

Daha sonra 2019-cu ildə Şəmkir rayonunun sosila-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri diplomlar verilib.

Maraqlıdır ki, tədbirlə bağlı İcra Hakimiyyətinin rəsmi saytında dərc edilən xəbərdə adları işarələnənlər arasında rayonda yüngül həyat tərzi keçirən Elena Hüseynzadənin də adı var.

Rəsmi şəxslər arasında adı işarələnən Elena Hüseynzadə sosial şəbəkədəki hesabında açıq şəkildə yüngül həyat tərzi keçirdiyini, görüş üçün 60 manat tələb etdiyini reklam edir.

Rəsmi şəxslər arasında bu şəxsin adının yazılması təəccüb doğurduğuna görə İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Xəbərdarlığımızdan dərhal sonra yüngül həyat tərzi keçirən şəxsin adı siyahıdan silindi.

İcra Hakimiyyətindən bildirilib ki, həmin şəxs özü – özünü işarələyib: “Biz onu tanımırıq, kim olduğunu və fəaliyyətini bilmirdik. Xəbər tutan kimi adını sildik”.Bizimyol

Transgender Şəmkir RİH-in rəsmi səhifəsində reklam verdi - FOTOLAR
Transgender Şəmkir RİH-in rəsmi səhifəsində reklam verdi - FOTOLAR
Transgender Şəmkir RİH-in rəsmi səhifəsində reklam verdi - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA