axin.az

SON DƏQİQƏ

Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”

6-12-2019, 13:26

Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”

Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi nəticəsində reallaşdırılan, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi xüsusi olaraq vurğulanmalıdır.

Axin.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında deyib.

O bildirib ki, bu layihə Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirməklə, onlarla xalq və ölkə arasında körpü rolunu oynamaqdadır.
M.Cabbarov əlavə edib ki, bunun bariz göstəricisi kimi, 2019-cu ilin noyabrında tarixdə ilk dəfə olaraq Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çinin Sian şəhərindən Türkiyə Respublikasına ilk konteyner qatarının hərəkət etməsini göstərmək olar.

İqtisadiyyat naziri BTQ dəmir yolu ilə bağlı perspektivdən də danışıb:

“Hazırda bu dəmir yolu altı milyon ton yük və bir milyon sərnişin daşımaq gücünə malikdir. Növbəti mərhələdə bu şəbəkənin yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA