axin.az

SON DƏQİQƏ

Komitə sədri: Parlament öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib

2-12-2019, 13:25

Komitə sədri: Parlament öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib

Parlament öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib.
Bunu Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, cəmiyyətdə parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi düşüncələri var.

“Bu baxımdan, Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı təklifi, əslində, xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda, Yeni Azərbaycan Partiyasının xüsusi siyasi mədəniyyətini göstərir”.

Ə.Hüseynli bir sıra ekspertlərin və opponentlərin fikirlərinə də münasibət bildirib.

“Milli Məclisin buraxılmasının Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yanlışdır.

Çünki bu məsələ Konstitusiyasının 98-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədilə bu addım atılmış olur. Bu yanaşma Konstitusiyaya və hüquq sisteminə uyğundur”, - deyə Ə.Hüseynli əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA