axin.az

SON DƏQİQƏ

Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB+FOTO

1-12-2019, 14:30

Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB+FOTOSahil qəsəbəsindəki yanğında xəsarət alan şəxslərdən biri, təxminən 30-35 yaşlarında qadın xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, zərərçəkən yüngül tüstüdən zəhərlənmə şikayəti ilə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Əldə etdiyimiz məlumata görə, qadının vəziyyəti normaldı.
Müayinələrdən sonra evə buraxılacaq.

14:04

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.

APA-nın məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb.

Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB+FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA