axin.az

SON DƏQİQƏ

YAP-ın “fövqəladə iclas”ında bu üç nəfərə danışmaq İCAZƏSİ VERİLDİ

28-11-2019, 21:05

YAP-ın “fövqəladə iclas”ında bu üç nəfərə danışmaq İCAZƏSİ VERİLDİ
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib

Səhər saat 11-də keçirilən iclasda YAP Siyasi Şurası və İdarə Heyətinin 100-dən çox üzvü iştirak edib.

Modern.az-ın məlumatına görə, iclasda YAP-ın rəhbər strukturlarında təmsil olunan üç nəfər çıxış edib.

Bunlar İdarə Heyətinin üzvü Akif Əlizadə (Yeni Azərbaycan Partiyasının sədr müavini) və Siyasi Şura üzvləri Hadi Rəcəbli (Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri), Ziyafət Əsgərov (Milli Məclisin sədrinin birinci müavini) olub.

Verilən məlumata görə, onların çıxış etməsi YAP rəhbərliyinin razılığı ilə gerçəkləşib.

Qeyd edək ki, Siyasi Şuranın iclasında Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi tövsiyə edilib. Yekdil qərarla Milli Məclisin buraxılması haqqında ölkə prezidentinə müraciət qəbul olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA