axin.az

SON DƏQİQƏ

Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı

15-10-2020, 09:31

Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdıİtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.

"Axin.az"in məlumatına görə, Aveyru şəxsi "Instagram"ında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verib.

"Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın" deyə o bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 10 gün özünü təcrid etməli və "Yuventus"un ən azı iki oyununu buraxmalıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA