axin.az

SON DƏQİQƏ

Ziya Məmmədovun qardaşı AMEA-nı da DAĞIDIR - İDDİA

14-09-2020, 13:20

Ziya Məmmədovun qardaşı AMEA-nı da DAĞIDIR - İDDİAAzərbaycan Milli Elmlər Akademiyasında şübhəli olaylar baş verməkdədir. Bu barədə Axin.az-a qurumdakı mötəbər mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri Elton Məmmədov bu günlərdə ilginc bir addıma imza atıb.

Xatırladaq ki, keçən həftə də yerli KİV-də AMEA-dakı şübhəli tenderlər müzakirə mövzusu olmuşdu.

Hazırda AMEA-da tələb olunmayan təmir işlərinin həyata keçirildiyini bildirən mənbə Axin.az-a açıqlamasında onu da qeyd edib ki, bütün bu işlərə Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov başçılıq edir.

Mənbə iddia edir ki, Elton Məmmədov AMEA-nın işlər idarəsinə rəhbər gələndən sonra ilk olaraq bu qurumun qapılarını təmir adı altında dəyişdirib.

Mənbə bildirir: "Həmin qapılar tarixi qapılar idi, bahalı ağacdan idi və qiyməti olduqca yüksək dəyərləndirilirdi. Elton Məmmədov həmin qapıları çıxartdıraraq yerinə "plastmas" qapılar taxdırıb. Yoxlama gəlib, heyrətlənib ki, bəs köhnə tarixi qapılar hanı? Kimsə cavab verə bilməyib..."

Mənbə iddia edir ki, bu fakta hüquqi qiymət verilsə, daha ciddi yeyintilər üzə çıxar.

Əlavə bilgilərimiz olacaq. Bİzi izləməkdə davam edin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA