axin.az

SON DƏQİQƏ

Əhməd Əhməzadə ilə Elman Nuriyevin ORTAQ BAZARI…

11-09-2020, 09:28

Əhməd Əhməzadə ilə Elman Nuriyevin ORTAQ BAZARI…
Prezident İlham Əliyev cənablarının son vaxtlar ən sərt tənqİd etdiyi sahələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir.

Konkret olaraq suvarma sahəsində su itkisi adı altında dövlətin milyonlarla vəsaiti kimlərinsə cibinə gedir. Və nəticədə fermerlərin, kəndlilərin əkin sahələri susuz qalır və ciddi problemlər yaranır. Əslində ASC-nin sədri Əhməd Əhmədzadə və onun müavinləri istədikləri fermerlərə su satmaqla milyonlar qazanır. İclasda cənab Prezidentin verdiyi sualların qarşısında Əhməd Əhmədzadə söz tapa bilmirdi. Çünki günahkardır.

ASC-nin əsas qurumlarından biri də Bəndatma İdarəsidir. Bir çox rayonlarda bu idarə fəaliyyət göstərir. Onlardan biri – Sabirabad Rayon Bəndatma İdarəsidir. Bu idarə haqqında yazacaqlarımız digər rayonlardakı idarələrə də aiddir. Bu idarənin rəisi Elman Nuriyev çilingərlikdən, sadə mühəndislikdən və s gələrək nəhayət Əhməd Əhmədzadənin sayəsində idarə rəisi olub. Elman Nuriyev dövlətin bu boyda idarəsini öz qohum-əqrəbasının ixtiyarına verib.

Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu, adı çəkilən bu idarədə işlə təmin edib. İdarəyə məxsus texnikaların ehtiyat hissələrinin, əksər hallarda rayonun Heydər Əliyev prospektində bu şəxsin qardaşına məxsus mağazadan alındığı söylənilir. Büdcədən texnikaların ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsaitlər, məhz idarə rəisinin qardaşına məxsus mağaza vasitəsilə silindiyi söylənilir.

Bundan başqa, idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bütün bunlar onu təsdiq edir ki, Elman Nuriyev rayonda böyük biznes imperiyası qurub və bu gün onun yaxınlarından başqa bir kimsə onun həndəvərində ola bilməz. Təsəvvür edirsiniz dövlət vəsaiti hesabına alınan texnikalar sıradan çıxardılır və öz şirkətlərinə məxsus texnikalar guya icarəyə götürülür…özü də görünməyən qiymətə.

Və bircə texnikanın istifadəsinə görə ayda 8-10 min manat pul silinir. Yəni dövlətin ayırdığı vəsaitlər ayrı-ayrı şirkətlər vasitəsi ilə şəxsi ciblərə gedir. Sonra da deyirlərki, Kür sahilindəki kəndləri sel-su basdı. Bu adamlar anlamır ki, kəndləri sel-su basmır ee, Əhmədzadənin və Elman Nuriyevin dağıtdığı vəsaitlərin seli basır. Görəsən niyə müvafiq dövlət qurumları tədbir görmür ? Axı, xırda bir təhqiqatla, araşdırma ilə dövlətə nə qədər ziyan dəydiyini müəyyən etmək olar. Və ən dəhşətlisi odur ki, Elman Nuriyevin timsalında eyni vəziyyət bütün rayonlarda oxşardır. Növbəti yazıda digər rayonlardakı vəziyyəti təhlil edəcəyik. //Gundelik-baku.com//


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA