axin.az

SON DƏQİQƏ

Deputatla “Qaçqınkom”un sədrini nə birləşdirir? - İDDİA

10-09-2020, 11:00

Deputatla “Qaçqınkom”un sədrini nə birləşdirir? - İDDİA
Millət vəkili Mirkişili Tahir 2-ci dəfədir ki, Yeni Azərbaycan Partiyasının namizədi olaraq Sumqayıtdan Milli Məclisə seçilir. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və heyət rəhbərinin müavini kimi tez-tez Avropalı həmkarları ilə görüşür. Görəsən cənab deputat Avropalı həmkarları ilə görüşəndə niyə onlardan az da olsa nümunə götürmür. Tahir Mirkişilinin yaşadığı Sumqayıt şəhərində minlərlə, bəlkə də on minlərlə yerindən-yurdundan, Zəngilandan, Qubadlıdan, Laçından didərgin düşmüş insanlar var. Niyə bircə dəfə onların problemləri ilə maraqlanmır ? Cənab deputat nəinki məcburi köçkünlərin, hətta öz seçicisi olan Sumqayıt sakinlərini qəbul edib, problemlərini dinləmir. Deputatın fikri-zikri ancaq Ancaq Abşeronda, Xırdalanda dolaşır. Ağlınıza başqa nəsə qara-qura şeylər gəlməsin. Cənab deputat əsl tikinti maqnatı, göydələn biznesinin həvəskarıdır. Harda uca bina görür xəyalı Xırdalana uçur, orda yer götürür, sonra banklardan külli miqdarda kredit götürür…hərdən milyonlarla krediti batırır…amma hərdən “Qaçqınkom”dakı dostları ona dəstək də olur. Bəli, “Qaçqınkom”un sədri Rövşən Rzayev cənab deputatın şirkəti olan “Abşeron City”-yə tender məsələsində lazım olan köməyi edir. Söhbət “Abşeron City”dən düşmüşkən… Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksi vətəndaşları incitməkdə davam edir. Şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu azmış kimi, hələ müştəriləri də borclu çıxarır. Belə ki, 2017-ci ilin noyabr ayında şirkətin Xırdalan şəhərində yerləşən ofisinə müraciət edən müştəri başına gələnləri nəql edir. Mənzil qiyməti ilə bağlı razılığa gəldikdən sonra binanın təhvil veriləcəyi vaxtı soruşdum. Şirkət nümayəndəsi bildirdi ki, 2018-ci ilin may ayında bina artıq hazır olacaq və təmirə başlaya biləcəyik. İyun, iyul, avqust… Artıq bir il keçib, lakin bina hələ də hazır deyil. Şirkət isə bildirir ki, bu normaldır və onları başa düşməyimi xahiş edirlər. Özləri isə müştərini dinləmək belə istəmirlər, onların problemlərinə biganə yanaşırlar. “Abşeron City” öz evimdə təmirə başlamaq üçün əvvəlcə sayğacların pulunu ödəməyimi tələb edib. Müəyyən olunmuş məbləğ çoxda ödənilib. Lakin sayğaclar hələ də yoxdur. Bu gün şirkət mənzilin işığını kəsib və bildirir ki, müvəqqəti sayğac alıb qoymalıyıq. Niyə? Müqavilədə belə bir bənd var? Və əgər sayğacın pulunu altı ay əvvəl almısınızsa, niyə indiyə qədər quraşdırmamısınız? Bəli, bircə bu şikayət bəsdir ki, ümumi vəziyyəti bilək. Bax cənab deputat Tahir Mirkişili belə bir tikinti şirkətinə “krışa”lıq edir. Təkcə “krışa”lıq deyil e, məcburi köçkünlər üçün tikilən binalara görə tender elan edilib. Cənab Mirkişili Qaçqınkomun sədri Rövşən Rzayevlə sövdələşib tenderdə “Abşeron City” üçün 20-dən artıq bina “udub”. Bərəkəllah, cənab deputat. Sənin seçicilərin qəbuluna düşmək üçün günlərlə, aylarla gözləyir, sən isə tender udmağa girişmisən. Yuxarıda əbəs yerdə demədi ki, cənab Mirkişili, xaricdə həmkarlarınla görüşəndə spruş ki, hansı normal ölkədə deputat bina binesi ilə məşğul olur, komitə sədri ilə bazarlıq edir. Tahir Mirkişilinin başqa hobbiləri barədə növbəti yazıda… //gundelik-baku.com//


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA