axin.az

SON DƏQİQƏ

Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb

22-08-2020, 11:31

Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıbBaş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Şuranın sədri seçilib.

Şuranın tərkibinə isə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova daxildir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA