axin.az

SON DƏQİQƏ

"Bir sual, bir cavab" - Bakıda postlar niyə yığışdırıldı?

2-07-2020, 10:19

"Bir sual, bir cavab" - Bakıda postlar niyə yığışdırıldı?Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu Bakıda stasionar postların ləğv edilməsi ilə bağlıdır.

Sərtləşdirilmiş karantin rejimi və SMS icazənin qüvvədə qaldığı müddətdə postların yığışdırılması əksəriyyətə qaranlıq qalıb. Görəsən, polis postlarının karantin bitməmiş yığışdırılması nə ilə əlaqədardır?

Rubrikamızın sualına Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev aydınlıq gətirib. Onun sözlərinə görə, postlar yığışdırılsa da, sürücülərin icazə alıb evlərini tərk etmələrinə nəzarət davam edəcək:

"Vətəndaşlar Bakıda postların ləğv edilməsini bəhanə gətirərək karantin rejimini pozmamalıdır. Bəzi yerlərdə postlar yığışdırılsa da, insanların SMS icazə almalarına digər postlar və marşrut postlarında nəzarət ediləcək. Hətta yol patrul xidmətinin əməkdaşları səyyar qaydada avtomobilləri saxlayıb yoxlama keçirə bilər. Bu barədə cəmiyyətə daha ətraflı açıqlama veriləcək".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA