“İnsanların virusa yoluxub-yoluxmadığını təyin edəcək yeni testlər hazırlanıb”.
Axin.az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O qeyd edib ki, hər bir ölkə bu gün yeni test dəstləri almağa təşəbbüs göstərir:
“Azərbaycan da stereoloji testlər almağa üstünlük verir”.
H.Harmancı əlavə edib ki, Azərbaycanda laboratoriyaların sayı gündən-günə artır.