axin.az

SON DƏQİQƏ

Respublika Klinik Xəstəxanasında iş koronavirusa kütləvi yoluxmaya görə dayandırılıb? - RƏSMİ AÇIQLAMA

17-05-2020, 11:59

Respublika Klinik Xəstəxanasında iş koronavirusa kütləvi yoluxmaya görə dayandırılıb? - RƏSMİ AÇIQLAMA“Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

R.Əliyeva qeyd edib ki, xəstəxana adi iş rejimində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayıldığında bu axşamdan xəstəxana fəaliyyətini dayandırıb.

Məlumata görə, xəstəxananın bütün tibb personalından COVİD - 19 testi götürüləcək. Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.

Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.

Bildirilib ki, tibb müəssisəsinin açılacağı tarix personalın test nəticələrindən sonra bəlli olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA