axin.az

SON DƏQİQƏ

Akademik Musiqili Teatrın kollektivi Prezident İlham Əliyevə təşəkkür edib

11-05-2020, 13:52

Akademik Musiqili Teatrın kollektivi Prezident İlham Əliyevə təşəkkür edibPrezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd və mükafatların verilməsi ilə bağlı imzaladığı Sərəncamla mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da var. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektivin adından dövlət başçısına sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Tanınmış rejissor və teatr rəhbəri Prezident İlham Əliyevə ünvanladığı müraciətdə minnətdarlığını belə ifadə edib:

"Möhtərəm cənab Prezident, Akademik Musiqili Teatrın çoxsaylı kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. İmzaladığınız Sərəncamla Prezident mükafatına layiq görülənlərin arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı şəxslərinin də olması bizi hədsiz sevindirdi.

Belə çətin və səksəkəli şəraitdə, bəşəriyyətin koronavirus adlı qorxunc düşmənlə üz-üzə qaldığı bir vaxtda Siz ölkənin ən həssas insanlarını - yaradıcı şəxslərini yenə də unutmadınız. Bəşəriyyətin min bir problemlə üzləşdiyi bir vaxtda nə qədər incəsənət xadiminə və onların ailəsinə diqqət və qayğınızı bir daha göstərdiniz.

Biz xarici mətbuatdan da izləyib görürük ki, dünyanın heç bir yerində incəsənət adamlarına bu qədər diqqət və qayğı yoxdur. Məhz ona görə də sevincimiz hədsizdir. Biz ondan qürur duyuruq ki, Azərbaycan adlı bir məmləkətin vətəndaşlarıyıq. Onunla fəxr edirik ki, daim xalqının, millətinin yanında olan, əməlləri ilə dünyanın dörd bir yanında yaşayan hər bir azərbaycanlının Prezidenti ola bilən, yaradıcı əməyə xüsusi dəyər verən Sizin kimi bir ölkə başçımız var.

Ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində prioritet bir məsələ olaraq həyata keçirilib. Ümummilli Liderimizin bu siyasəti hazırda Sizin tərəfinizdən böyük uğurla davam etdirilir".

Müraciətdə Prezident İlham Əliyevin həmişə xalqın rifahı barədə düşündüyü, xüsusilə də pandemiya dövründə dövlət başçısının rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığı qeyd edilib: "Doğma və qayğıkeş münasibətinizlə hər birimiz üçün nə qədər əziyyət çəkirsiniz. İstər Siz, istərsə də ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə xalqın yanındasınız.

Əziz Prezidentimiz! Biz - ölkənin bütün incəsənət xadimləri hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləyir və təbliğ edirik. Biz inanırıq ki, dünyamız üçün belə çətin sınaq günlərində bu bəladan az itkilərlə və alnıaçıq çıxmaq üçün məqamında verdiyiniz qərarlar, apardığınız islahatlar, ölkəmizin təhlükəsizliyi naminə atdığınız hər bir addım öz bəhrəsini verəcəkdir.

Bir daha sizə minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA