axin.az

SON DƏQİQƏ

Bakı metrosundan yalnız bu şəxslər istifadə edə biləcək - RƏSMİ

8-05-2020, 17:43

Bakı metrosundan yalnız bu şəxslər istifadə edə biləcək - RƏSMİ“Koronavirus pandemiyasından əvvəlki dövrdə “Bakı Metropoliteni”ndə iş günləri ərzində 800 min nəfər daşınıb”.

Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib.

O qeyd edib ki, şənbə günləri 600 min nəfər, bazar günləri 450 min sərnişin daşınırdı:

“Yanvar-fevral ayında 39 milyon sərnişin daşınıb. Amma koronavirus pandemiyası dövründə daşınma azaldı”.

Sədr əlavə edib ki, yeni qaydalara əsasən, maskasız şəxslər metroya daxil ola bilməyəcəklər:

“Metrodan yalnız xüsusi icazəsi olan şəxslər istifadə edə bilərlər”.

İlhamə Əbülfət


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA