axin.az

SON DƏQİQƏ

Şuşalı xanım parlamentdə təsirli çıxış etdi

8-05-2020, 12:27

Şuşalı xanım parlamentdə təsirli çıxış etdi“Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür”.

Axin.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalinin dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib.
“Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 mini Şuşa sakinidir”.

Sonra Şuşadan olan Əsra Məmmədli çıxış edib.

Ə.Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Deputatlar Ə.Məmmədlini ayaq üstə alqışlayıblar.

İclasda Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA