axin.az

SON DƏQİQƏ

Bakı metrosu mayın 9-dan fəaliyyətini bərpa edəcək? - AÇIQLAMA

7-05-2020, 20:00

Bakı metrosu mayın 9-dan fəaliyyətini bərpa edəcək? - AÇIQLAMASosial şəbəkələrdə Bakı metrosunun mayın 9-dan fəaliyyətə başlayacağına dair fikirlər paylaşılır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Axin.az-a açıqlamasında bildirib ki, qurumun fəaliyyətini bərpa edəcəyi tarix bəlli deyil.

Onun sözlərinə görə, metroda infrastrukturun daimi saz vəziyyətdə saxlanılması və qatarların hərəkətə hazır vəziyyətdə olması üçün tədbirlər görülür:

“Metronun fəaliyyətinin tam olaraq hansı tarixdən bərpa ediləcəyinə dair qərarı operativ qərargah verəcək. Bu gün üçün dəqiq olan məsələlərdən biri Nazirlər Kabineti yanında operativ qərargahın yayımladığı metodiki göstərişlərdir.

Həmin göstərişlərdə isə ictimai nəqliyyatda, o cümlədən, metroda sərnişinlərin maska taxmasının, sosial məsafəni qorumasının məcburi olduğu göstərilib. Karantin dövründə metronun fəaliyyətə başlayacağı ilə bağlı qərar qəbul olunarsa, qurumun əməkdaşları buna tam hazırdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA