axin.az

SON DƏQİQƏ

Azərbaycana qayıtmaq istəyənlər necə qeydiyyata alınıb? - RƏSMİ

16-04-2020, 19:00

Azərbaycana qayıtmaq istəyənlər necə qeydiyyata alınıb? - RƏSMİ“İndiyə qədər digər ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb və siyahısı hazırlanıb”.

Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bağlı ayrıca portalın yaradılmasının səbəbi isə orada olan vətəndaşların sayının çox olmasıdır:

“Digər ölkələrə münasibətdə bu portalın gendişləndirilməsinə baxıla bilər. Başqa ölkələrdə olan vətəndaşlarımız barədə vəziyyət məlumdur. Onlar barədə məlumat dipomatik nümayəndəliklərdən Xarici İşlər Nazirliyinə və operativ qərargaha təqdim edilib”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA