axin.az

SON DƏQİQƏ

İlham Əliyev Paşinyanın dağıdıcı “yeniliyini” AŞPA ilə tutuşdurdu - TƏHLİL

15-04-2020, 14:59

İlham Əliyev Paşinyanın dağıdıcı “yeniliyini” AŞPA ilə tutuşdurdu - TƏHLİLErmənistanın beynəlxalq aləmdə reputasiyası getdikcə aşağı düşür, rəsmi Yerevan isə özünün hikkəsindən əl çəkmir və dövlətin işğalçı mahiyyətini ortaya qoymaqda davam edir.

Bununla paralel olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın Yerevanın “saat əqrəblərini” beynəlxalq ictimaiyyətlə, böyük güclərlə tutuşdurmaq niyyətləri boşa çıxır.

Belə bir məqamda Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə siyasi uğursuzluq girdabında boğulan Ermənistan hakimiyyətinin fiaskosu özünün kuliminasiya nöqtəsinə çatdı.

Nikol Paşinyan öz məqsədinə çatmadı, əksinə, beynəlxalq siyasi aləmin qınaqları ilə yerli ittihamlar birləşərək, Paşinyan administrasiyasına qarşı yönələn etirazları daha da gücləndirdi.

Dünyanın əksər beynəlxalq təşkilatları, dövlətləri Qarabağdakı “seçkiləri” tanımadığını bəyan etməklə, Paşinyanın dağıdıcı “yeniliyinə” qarşı çıxırlar.

Etirazların əsas mahiyyətinin əsasını Azərbaycanın işğal altındakı ərazilərində yaradılan qondarma rejimin beynəlxalq birlik tərəfindən tanınması prinsipi təşkil edir.

Digər tərəfdən, Paşinyanın koronavirus pandemiyasına qarşı beynəlxalq ictimaiyyətin həmrəylik nümayiş etdirib mühüm tədbirləri, iclasları, konfransları təxirə saldığı bir zamanda Qarabağda “seçki” keçirmək qərarına gəlməsi hiddət doğurmaya bilməz.

Bu, Paşinyanın “yeniliyidir”, amma bayaq dediyimiz kimi, dağıdıcı “yenilik”. Paşinyan humanitar fəlakətə yol açmağı da gözə aldı – təki istəyi gerçəkləşsin və dünyanın gözündə xal qazansın.

Lakin bu, Paşinyanın olan-qalan xallarını da sildi və onun yerinə Ermənistanın siyasi orqanizminə təmizlənməsi mümkün olmayan “xal” qoydu.

Dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə etməklə rəsmi Yerevana daha bir diplomatik zərbə vurdu.

Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Qarabağda keçirilən “seçkilər” barədə danışıb.

Prezident qeyd edib ki, qondarma “seçkilər” bu qanunsuz xunta rejimini heç kim tanımadığını bir daha sübut etdi.

“Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, - deyə Prezident əlavə edib.

Ermənistanın Qarabağ separatçılarına yeni lider “seçilməsi” yönündə atdığı addımları ictimai tarazlıqda tərəzinin rəqəmini Paşinyanın ziyanına işlədir.

Paşinyanın Ermənistanda, eləcə də, Qarabağda ictimai qüdrətə sahiblənməsi arzuları uçuruma doğru gedir. Amma bununla belə, Paşinyana “nəfəs” verib yenidən onun siyasi səhnədə nüfuzlu xadim roluna mindirmək cəhdləri də yox deyil.

Paşinyan elitasını qidalandıran qurumlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).

Prezident İlham Əliyev müşavirədə AŞPA-nın separatçı rejimdə keçirilən “seçkilərə” münasibət bildirmədiyini deyib.

Dövlət başçısı bildirib ki, AŞPA uzun illərdir Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

“Baxın, bütün təşkilatlar, o cümlədən, Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı anlamı odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır.

Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur.

Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”, - deyən Prezident əlavə edib ki, Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər.

“Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər”.

Göründüyü kimi, Prezident mesajında iki məsələni bir yerdə götürərək, onları bir yerdə birləşdirib ümumi problem kimi təqdim edir. Yəni bu iki problem - Dağlıq Qarabağ münaqişəsi və AŞPA-nın qərəzli mövqeyi - bir-birilə əlaqəlidir.

Ancaq AŞPA-nın və Yerevanın arqumentləri nə olursa olsun – nəticə budur ki, Qarabağdakı “seçkilər” Ermənistandakı məxməri inqilabın “fikir atası” və ilhamverici qüvvəsi olan Paşinyan üçün əcəl zəngidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA