"Aqrolizinq" ASC server, şəbəkə avadanlığı və yaddaş qurğularının alınması üzrə elektron tenderin nəticələrini ləğv edib. Bu qərar nəzarət orqanın məktubuna əsasən verilib.
Bu gün “Aqrolizinq” ASC2-nin Tender Komissiyası bu il yanvarın 8-də "Caspel" MMC-nin qalib elan olunduğu satınalmanın nəticələrinin ləğv olunduğunu elan edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu satınalma ilə bağlı alıcıya iki dəfə məktub göndərib. Məktubun mətni açıqlanmır. /"Turan"