Ötən il Gürcüstan turizmdən 3,3 milyard dollar gəlir əldə edib.
“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə gəlirdə 47 milyon dollar və yaxud 1,4% artım qeydə alınıb.
Təkcə ötən ilin dekabrında qonşu ölkənin turizmdən gəliri isə 217 milyon lariyə bərabər olub. Bu məbləğ illik müqayisədə 11 milyon dollar və ya 5,4% çoxdur.