axin.az

SON DƏQİQƏ

Azərbaycan ərazisindən tranzit daşımaları sürətləndirilir- EKSKLÜZİV

28-01-2020, 13:52

Azərbaycan ərazisindən tranzit daşımaları sürətləndirilir- EKSKLÜZİVBu il Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində “Web Transit” adlandırılan xidmətin istifadəyə verilməsi planlaşdırılır.

Bunu “Axin.az”a müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu xidmət xarici daşıyıclar tərəfindən malların tranzit daşınması üçün sənəd və məlumatların elektron sistemlər üzərindən əvvəlcədən bəyan olunması yolu ilə sərhədlərdən sürətli keçidinə şərait yaradacaq: “Tranzit rəsmiləşdirilməsi zamanı gömrük-sərhəd buraxılış məntəqələrində əlavə vaxt itkisi aradan qaldırılacaq ki, bu da öz növbəsində tranzit daşımaların sürətləndirilməsi və ölkəmizin beynəlxalq ticarətdə əlverişli tranzit qovşaqlarından birinə çevrilməsinə kömək olacaq”.

S. Mehdiyev bildirib ki, eyni zamanda, gömrük-sərhəd buraxılış məntəqələrində şəxslərin, malların və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, eləcə də qaçaqmalçılıq hallarına qarşı daha səmərəli mübarizənin təmin edilməsi məqsədilə müasir eyniləşdirmə və axtarış tipli texniki nəzarət vasitələri, baxış-rentgen texnikası və yoxlama baxış sistemlərinin əldə olunaraq quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə geniş müsahibəni sabah “Report”da oxuya bilərsiniz.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA