axin.az

SON DƏQİQƏ

Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsi anılıb

23-01-2020, 23:11

Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsi anılıbTbilisidə Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru İslam Əliyevin xatirəsi anılıb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə jurnalistin anım mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov İ.Əliyevin həm Gürcüstan, həm də Azərbaycanda böyük hörmət və nüfuz sahibi olduğunu bildirib: “İslam müəllim Azərbaycan və gürcü xalqları arasında dostluq nümunəsi olub. O, redaktoru olduğu qəzetdə iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini təbliğ edib”.

Səfirin İ.Əliyevin Gürcüstanda xatirəsinin yaşadılmasının önəmini qeyd edib: “Gürcüstanın Azərbaycan icması İslam müəllimə hər zaman böyük rəğbət və ehtiram bəsləyib. Bundan sonra da onun adının yaşadılması bizim borcumuzdur”.

D.Həsənov jurnalistin doğma və yaxınlarına başsağlığı verib, səbr diləyib.

Mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov, Azərbaycan səfirliyinin əməkdaşları, ziyalılar, azərbaycanlı, gürcü jurnalistlər, iş adamları və gənclər iştirak ediblər.

Tədbirdə mərhum jurnalistin həyat və fəaliyyətinə nəzər salınıb, onunla bağlı xatirələr bölüşülüb.

Sonda ehsan süfrəsi açılıb, mərhum jurnalistin ruhuna dualar oxunub.

Xatırladaq ki, İ.Əliyev 2019-cu ilin dekabrın 21-də 72 yaşında vəfat edib. O, 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin edilib. İ.Əliyev həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilədək “AzərTac”ın Gürcüstan müxbiri olub. 2015-ci ildə İ.Əliyev “Gürcüstan” qəzetinin redaktoru vəzifəsinə təyin olunub.

Azərbaycanlı jurnalist 2015-ci ildə Gürcüstanın “Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA