Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəsi İbrahim Əhmədov bildirib ki, Odessa-Brodı boru kəmərinin istifadəsi Belarusa neft çatdırılma variantlarından biri kimi müzakirə olunur.
Bu barədə Axin.az RİA Novosti yə istinadən xəbər verir.
"Odessa-Brodı boru kəmərinin istifadəsi mümkün variantlardan biri kimi müzakirə olunur" dedi.
Qeyd edək ki, Odessa-Brodı boru kəməri 2001-ci ildə Ukraynanın eyni adlı şəhərləri arasında inşa edilmişdir. Lvov bölgəsində boru kəməri Drujba neft boru kəmərinin əsas qolu ilə birləşdirilmişdir.
Xatırladaq ki, 2020-ci il yanvarın 1-dən Rusiya Belarusun emalı zavodlarına neft tədarükünü dayandırdı.
Daha əvvəl Belarusun Ukrayna, Polşa, Qazaxıstan, Azərbaycana və Baltikyanı ölkələrə kommersiya təklifləri göndərdiyi bildirildi.
Qeyd edək ki, hazırda Safmar qrupuna daxil olan və rusiyalı iş adamı Mixail Qutseriyevə məxsus neft şirkətləri respublikaya neft tədarükü ilə məşğuldurlar.Axin.az