axin.az

SON DƏQİQƏ

SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb

16-01-2020, 14:18

SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təqribən, 2,2 mln. ton neft emalı və neft-kimya məhsulları ixrac edib.

“Axin.az” SOCAR-ın ötən il üzrə hesabatına əsasən xəbər verir ki, bu da əvvəlki illə müqayisədə təqribən 22% artım deməkdir.

Bildirilib ki, neft və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Eyni zamanda, 2019-cu il ərzində SOCAR tərəfindən 21,1 mln. ton xam neft ixrac olunub.

Qeyd edək ki, şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA