axin.az

SON DƏQİQƏ

“Dəmir Bank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılır

15-01-2020, 17:36

“Dəmir Bank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılırAzərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.

“Axin.az”in məlumatına görə, müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə yanvarın 23-dən başlanılacaq.

Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA