2019-cu il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 536,902 min ton həcmində kimya sənayesi məhsulları ixrac edib.
“Axin.az” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu miqdarda kimya sənayesi məhsullarının dəyəri 102,876 mln. ABŞ dolları təşkil edib.
2019-cu ildə ixrac edilən kimya sənayesi məhsullarının həcmi 2018-ci ildən 2 dəfə, dəyəri isə 32% artıb.