axin.az

SON DƏQİQƏ

Qazaxıstan AİB xaricinə neft məhsullarının ixracına qadağa və məhdudiyyətlər tətbiq edib

7-01-2020, 12:46

Qazaxıstan AİB xaricinə neft məhsullarının ixracına qadağa və məhdudiyyətlər tətbiq edibQazaxıstanın energetika nazirinin əmri ilə ölkədən Avrasiya İqtisadi Birliyinin (AİB) gömrük ərazisindən kənara ixracı qadağan edilmiş və ya məhdudlaşdırılan neft məhsullarının siyahısı təsdiq edilib.

"Axin" “zakon.kz” portalına istinadən xəbər verir ki, Qazaxıstandan AİB xaricinə ixracı qadağan edilmiş və ya məhdudlaşdırılan neft məhsullarının siyahısına yüngül distillatlar, aviasiya yanacağı və dizel yanacağı, qazoyllar, toluol, ksilollar daxildir.

Qeyd olunur ki, sənəd Qazaxıstan və Rusiya hökumətləri arasında Qazaxıstan Respublikasına neft və neft məhsulları tədarükü sahəsində ticari-iqtisadi əməkdaşlıq haqqında saziş və iki ölkənin Energetika nazirlikləri arasında Protokol çərçivəsində qəbul edilib.

Məhdudiyyətlər altı ay ərzində qüvvədə olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA