axin.az

SON DƏQİQƏ

Avrozonada inflyasiyanın artımı proqnozlaşdırılır

29-11-2019, 16:38

Avrozonada illik inflyasiyanın 2019-cu ilin noyabr ayında 1% olacağı gözlənilir.

"APA-Economics”in "Eurostat”ın yeni dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, oktyabr ayında bu göstərici 0,7% bərabər olub.

Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər salsaq, ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin noyabr ayında ən yüksək olacağı gözlənilir – 2% (oktyabrda bu göstərici 1,5%-ə bərabər olub).

 

 

Bununla yanaşı xidmət sektorunda inflyasiyanın 1,9% (oktyabrda 1,5% olub), qeyri-neft sənayesində isə 0,4% (oktyabrda 0,3%) təşkil edəcəyi gözlənilir. Enerji məhsullarında isə noyabrda 3,2%-lik deflyasiyanın olacağı proqnozlaşdırılır (oktyabrda deflyasiya 3,1% olub).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA