axin.az

SON DƏQİQƏ

Azərbaycan zəlzələ ilə əlaqədar Albaniyaya 500 yüz min avro məbləğində yardım ayırıb

29-11-2019, 16:05

 

 

 

Nazirlər Kabineti "Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə” sərəncam verib.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, cari ilin 26 noyabr tarixində Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 yüz min avronun manat ekvivalenti məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

 

Qeyd edək ki, Albaniyada baş verən 6,4 bal gücündə zəlzələ zəlzələ nəticəsində 50-dək insan ölüb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA