axin.az

SON DƏQİQƏ

OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqlayıb

14-10-2020, 09:00

OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqlayıbBu ilin sentyabr ayında Azərbaycan gündəlik 0,71 milyon barel neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel çoxdur.

Axin.az” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı aylıq bülletendə bildirilir.

Sənədə əsasən, 2020-ci ilin III rübündə isə gündəlik ixrac illik müqayisədə 0,03 milyon barel azalaraq 0,7 milyon barelə düşüb.

Bundan başqa, ötən ay Azərbaycanın gündəlik xam neft istehsalı 585 min barel olub. Bu rəqəm avqustda 581 min barel, iyulda isə 563 min barel təşkil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA