axin.az

SON DƏQİQƏ

"Mall"lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMA

10-09-2020, 10:38

"Mall"lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMAAzərbaycanda pandemiyaya görə bir neçə aydır ki, iri ticarət mərkəzlərinin, “Mallar”ın fəaliyyəti dayandırııb. Qeyd edək ki, son dövrlər karantin rejimində müəyyən yumşalmalara gedilir. Nəticədə bir çox müəssisələrin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edildi. Gələn həftə də karantin rejimində yumşalmaların olacağı gözlənilir. Belə olan halda Bakıda iri ticarət mərkəzləri, “Mallar” açıla bilərmi?

Bununla bağlı "konkret.az"-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur:

“Yumşalmalar və ya hər hansı qərarlar olan zaman bu barədə ictimaiyyətə məlumat verilir. Ticarət mərkəzləri və “Mallar” barəsində qərar veriləndə bu barədə məlumat veriləcək”.

Operativ Qərargahın növbəti brifinqinin nə zaman keçiriləcəyi sualına İbrahim Məmmədov bu barədə məlumatının olmadığını söyləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA