axin.az

SON DƏQİQƏ

Dünya neft ehtiyatları 1,5 milyard barel artıb

6-06-2020, 19:31

Dünya neft ehtiyatları 1,5 milyard barel artıb“Bu ilin ilk yarısında dünya neft ehtiyatlarının artımı 1,5 milyard barel həcmində qiymətləndirilir ki, bu da görünməmiş haldır”.

“Axin.az” TASS-a istinadən xəbər verir ki, bunu Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab videokonfrans rejimində baş tutan OPEC nazirlərinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ilk dəfə OPEC iclası koronavirus pandemiyasından qaynaqlanan səbəbə görə videokonfrans şəklində keçirilir.

İclasda təşkilata daxil olan 13 ölkə iştirak edir. Qeyri-OPEC ölkələri iclasa daha sonra qoşulacaqlar. İclas OPEC saytında Multimedia bölməsində canlı yayımlanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA