axin.az

SON DƏQİQƏ

Pekin sakinlərinə alış-veriş üçün 1,7 milyard dollar paylanacaq

6-06-2020, 16:49

Pekin sakinlərinə alış-veriş üçün 1,7 milyard dollar paylanacaqÇinin paytaxtı Pekində səlahiyyətlilər alış-veriş üçün istifadə olunacaq istehlakçı vauçerlər paylayaraq əhalini və iqtisadiyyatı dəstəkləmək qərarına gəlib.

Bu barədə “Axin.az” “Bloomberg”ə istinadən xəbər verir.

Şəhər hökuməti ümumi dəyəri 12,2 milyard yuan (1,7 milyard ABŞ dolları) olan istehlakçı vauçerləri buraxmaq qərarına gəlib. Pekin belə aksiyanın keçirildiyi ilk Çin şəhəri deyil.

Plana əsasən, vauçerlərin paylanması dörd mərhələdə - 6, 13, 20 və 27 iyun tarixlərində həyata keçiriləcək. Pekin sakinləri artıq bu gün ilk vauçerləri JD.com onlayn platformasından əldə etməyə başlayıblar. Vauçerlər mədəniyyət, təhsil, turizm, idman, eləcə də ictimai iaşə sahələrində alış-verişə xərclənə biləcək.

Eyni zamanda kuponların istifadə müddəti var: onları əldə etdikdən sonra 14 gün ərzində istifadə etmək lazımdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA